Böyük Britaniyanın Baş naziri Endi Bernem ölkəsinin milli maraqları tələb edərsə, ABŞ Prezidenti Donald Trampla fikir ayrılığını açıq şəkildə ifadə etməkdən çəkinməyəcəyini bildirib.
Army.az xəbər verir ki, Bernem bu barədə BBC-yə müsahibəsində danışıb.
O qeyd edib ki, Böyük Britaniyanın maraqları ilə Trampın mövqeyi arasında fərq yaranarsa, London öz mövqeyini açıq şəkildə ortaya qoyacaq.
Bernemin sözlərinə görə, hökumət başçısının əsas vəzifəsi ölkəsinin milli maraqlarını qorumaqdır.
