Ev Hərbi XəbərlərTürkiyə Baltikyanı ölkələrə F-16 göndərəcək

Türkiyə Baltikyanı ölkələrə F-16 göndərəcək

by Baş Redaktor
16 Baxış

Türkiyə NATO-nun Baltikyanı ölkələrin hava məkanının qorunmasına yönəlmiş “Baltic Air Policing” missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı və 181-ci eskadrilyanın 76 hərbçisini göndərəcək.

Army.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb.

Türkiyə Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Özdemir Anadolu agentliyinə açıqlamasında missiyanın NATO-nun şərq cinahının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, missiya Türkiyənin beynəlxalq səviyyədə çəkindirmə imkanlarını gücləndirəcək, NATO müttəfiqləri ilə qarşılıqlı fəaliyyəti artıracaq və ölkənin strateji hərbi potensialına töhfə verəcək.

banner

Məlumata görə, avqust-noyabr aylarında rotasiya əsasında həyata keçiriləcək missiya zamanı Türkiyəyə məxsus qırıcılar öz hərbi aviasiyası olmayan Latviya, Litva və Estoniyanın hava məkanında patrul xidməti aparacaq.

Əlaqəli Yazılar Xüsusi