Ev Hərbi XəbərlərHörmüz boğazında gərginlik: İran 6 gəmini geri qaytardı

Hörmüz boğazında gərginlik: İran 6 gəmini geri qaytardı

by Baş Redaktor
47 Baxış

İran dövlət televiziyasına danışan hökumət rəsmisinin sözlərinə görə, bazar ertəsi, səhər saatlarında Hörmüz boğazında bir gəmi qəza keçirib.

Army.az xəbər verir ki, rəsmi həmin gəmini Hörmüz boğazından keçməyə cəhd edən “qayda pozan” gəmi adlandırıb.

İran dövlət televiziyasına danışan məlumatlı mənbə bildirib ki, bazar ertəsi səhər saatlarında 6 “qayda pozan” gəmi naviqasiya və mövqetəyinetmə sistemlərini söndürərək Hörmüz boğazının cənub hissəsindən qanunsuz və təhlükəli marşrutla keçməyə cəhd göstərib.

Onun sözlərinə görə, gəmilərdən biri qəza keçirib, digər gəmilər isə İranın “qətiyyətli müdaxiləsi” nəticəsində Fars körfəzinə geri qaytarılıb.

banner

Əlaqəli Yazılar Xüsusi