“Kiyevdən qaynaqlanan terror təhlükəsinin qarşısı alınmalı və tamamilə aradan qaldırılmalıdır”.
Army.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Ukraynanın fəaliyyəti Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı kampaniyanın davam etdirilməsinin zəruriliyini təsdiqləyir:
“Hazırda Vaşinqtondan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı keçirilməsi üçün heç bir müraciət daxil olmayıb. Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və ABŞ arasında işçi səviyyəsində təmaslar davam edir”.
