Ev DünyaKİV: Pentaqon müharibənin xərclərini tam açıqlamır

KİV: Pentaqon müharibənin xərclərini tam açıqlamır

by Baş Redaktor
16 Baxış

ABŞ-ın İrana qarşı fevralın 28-dən etibarən həyata keçirdiyi hərbi əməliyyatların Amerika iqtisadiyyatına vurduğu ümumi zərər 151 milyard dolları keçib.

Army.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti münaqişənin birbaşa və dolayı iqtisadi nəticələrinə dair təhlilində yazıb.

Nəşrin hesablamalarına görə, hərbi əməliyyatlar mövcud intensivliklə davam edərsə, ilin sonunadək ABŞ iqtisadiyyatına dəyən ümumi ziyanın 311 milyard dollara çatacağı proqnozlaşdırılır.

Məlumatda qeyd olunur ki, ABŞ müdafiə naziri Pit Heqset müharibənin federal büdcəyə indiyədək ən azı 37,5 milyard dollara başa gəldiyini açıqlasa da, müstəqil ekspertlər bu rəqəmin real xərclərin yalnız bir hissəsini əks etdirdiyini düşünürlər.

banner

Harvard Universitetinin professoru, müharibə iqtisadiyyatı üzrə mütəxəssis Linda Bilmes bildirib ki, rəsmi hesablamalarda dövlət borcuna xidmət xərcləri, yanacaq qiymətlərinin artmasının təsiri, hərbi texnikanın bərpası və iqtisadiyyata uzunmüddətli təsirlər nəzərə alınmayıb.

Onun sözlərinə görə, bütün dolayı və gələcək xərclər də hesablandıqda, bu münaqişənin ABŞ-a ümumi dəyəri zamanla 1 trilyon dollara yaxınlaşa bilər.

Əlaqəli Yazılar Xüsusi