Ev DünyaNetanyahu Zelenski ilə görüşdən imtina etdi

Netanyahu Zelenski ilə görüşdən imtina etdi

by Baş Redaktor
15 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan görüşü keçirməkdən imtina edib.

Army.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, Zelenskinin ofisi əvvəlcədən Netanyahunun administrasiyası ilə əlaqə saxlayaraq görüşün təşkili üçün müraciət edib. Lakin İsrail tərəfi bu müraciətə cavab verməyib.

Haaretz qəzetinə danışan ukraynalı rəsminin sözlərinə görə, görüş təşəbbüsü əvvəlcə Netanyahunun ofisindən gəlib. Zelenskinin komandası bu təklifə razılıq versə də, iyulun 28-dək İsrail tərəfindən heç bir rəsmi cavab təqdim olunmayıb. Həmin gün isə İsrail rəsmiləri Baş nazirin sıx iş qrafiki və vaxt məhdudiyyəti səbəbindən görüşün baş tutmayacağını bildiriblər.

banner

Əlaqəli Yazılar Xüsusi