Rusiyanın iyulun 30-na keçən gecə Ukraynanın müxtəlif vilayətlərinə həyata keçirdiyi genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumları nəticəsində ölən və xəsarət alanların olduğu bildirilib.
Army.az xəbər verir ki, Ukrayna rəsmilərinin açıqlamasında qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri gecə saatlarında ölkənin bir neçə bölgəsini raketlər və zərbə tipli PUA-larla hədəfə alıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata əsasən, Kiyev, Dnepr və Krivoy Roq istiqamətində ballistik raketlər buraxılıb. Eyni zamanda Vinnitsa, Xarkov, Çerkassı, Lvov və Sumı şəhərlərində də partlayışlar qeydə alınıb.