Ev Hərbi Xəbərlər“Reuters”: ABŞ və İsrail İrana qarşı mümkün addımları dəyərləndirib

“Reuters”: ABŞ və İsrail İrana qarşı mümkün addımları dəyərləndirib

by Baş Redaktor
33 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə İrana münasibətdə mümkün üç fəaliyyət ssenarisi müzakirə olunub.

Army.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, tərəflər İranla razılığın əldə olunması ehtimalını, Tehrana qarşı iqtisadi sanksiyalar və blokadanın davam etdirilməsini, eləcə də genişmiqyaslı hərbi əməliyyatların başlanması variantını nəzərdən keçiriblər.

Mənbələrin sözlərinə görə, Netanyahu görüş zamanı Trampa bir neçə alternativ təklif təqdim etsə də, həmin planların məzmunu ictimaiyyətə açıqlanmayıb.Bildirilir ki, İsrailin Baş naziri ölkəsinin bu məsələ ilə bağlı Vaşinqtonun qəbul edəcəyi yekun qərarı gözlədiyini də vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi