Ev DünyaBorrel Aİ-ni sərt tənqid etdi: “Avropanın həmrəyliyi Seutada öldü”

Borrel Aİ-ni sərt tənqid etdi: “Avropanın həmrəyliyi Seutada öldü”

by Baş Redaktor
29 Baxış

Avropa İttifaqının keçmiş xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel hesab edir ki, miqrasiya böhranı Aİ daxilində həmrəylik prinsipinin ciddi şəkildə sarsıldığını göstərib.

Army.az-ın xəbərinə görə, Borrel bildirib ki, Seutada baş verən hadisələr zamanı bəzi üzv dövlətlər ümumi Avropa maraqlarını deyil, daxili siyasi və seçki hesablarını ön plana çıxarıblar.

Onun sözlərinə görə, Aİ-nin bu böhrana reaksiyası gözlənilən həmrəylikdən tamamilə fərqli olub və bu, böyük məyusluq yaradıb.

Borrel, həmçinin İtaliya hökumətinin bəzi ölkələrdən gələnlərə qarşı dəniz və hava sərhədlərində nəzarəti gücləndirmək qərarının vəziyyəti daha da gərginləşdirdiyini bildirib. Keçmiş diplomat İspaniyanı isə bu prosesdə “hibrid hücumun hədəfinə çevrilmiş ölkə” kimi qiymətləndirib.

banner

Əlaqəli Yazılar Xüsusi