Ev Ekspert rəyiEkspert: “Qələbə NATO ilə mümkün toqquşmanın qarşısını ala bilər”

Ekspert: “Qələbə NATO ilə mümkün toqquşmanın qarşısını ala bilər”

by Baş Redaktor
37 Baxış

“Rusiyanın Ukraynadakı müharibədə üstünlük qazanması NATO ilə mümkün qarşıdurma riskini azaltmağa xidmət edə bilər”.

Army.az xəbər verir ki, bunu Rusiyalı hərbi ekspert və hava hücumundan müdafiə qoşunlarının tarixçisi Yuri Knutov deyib.

Ekspert bildirib ki, Moskvanın məqsədlərinə nail olması Qərb ölkələrini danışıqlar masasına əyləşməyə vadar edə biləcək əsas amildir:

“Rusiya hərbi əməliyyatlarda həddindən artıq ehtiyatlı davranarsa, bu, Qərb tərəfindən zəiflik kimi qiymətləndirilə bilər. Belə yanaşma Rusiyanın rəqiblərini daha cəsarətli addımlar atmağa sövq edə və Moskva ilə bağlı yanlış təsəvvür formalaşdıra bilər”.

banner

Əlaqəli Yazılar Xüsusi