Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi vəzifəsinə təyin olunan İqor Klimenkonu rəsmi şəkildə təqdim edib.
Army.az xəbər verir ki, Zelenski bu barədə sosial media hesablarında paylaşım edib.
O bildirib ki, Klimenko daxili işlər naziri kimi fəaliyyət göstərdiyi müddətdə səmərəli idarəçilik nümayiş etdirib, hüquq-mühafizə və fövqəladə hallar xidmətləri arasında koordinasiyanı uğurla təmin edib.
Prezident vurğulayıb ki, indi əsas məqsəd Milli Təhlükəsizlik və Müdafiə Şurasında da bu koordinasiya mexanizmini daha da gücləndirməkdir.
Onun sözlərinə görə, yeni yanaşma ölkənin qış mövsümünə hazırlığını daha çevik və əlaqələndirilmiş şəkildə təşkil etməyə, eyni zamanda Ukraynanın təhlükəsizlik və müdafiə qurumları arasında əməkdaşlığı daha da möhkəmləndirməyə imkan verəcək.
