Ev DünyaKobaxidze: “Moldova ilə Gürcüstanı müqayisə etmək mənasızdır”

Kobaxidze: “Moldova ilə Gürcüstanı müqayisə etmək mənasızdır”

by Baş Redaktor
28 Baxış

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqına üzvlük prosesi və region ölkələrinin hazırlığı ilə bağlı müzakirələrdə Moldovanı sərt tənqid edib.

Army.az-ın xəbərinə görə, o bildirib ki, Moldova Avropada yüksək korrupsiya səviyyəsi ilə seçilən ölkələrdən biridir və onun Gürcüstanla müqayisə olunması real deyil.

Kobaxidzenin sözlərinə görə, korrupsiya və institusional problemlər Moldovanın iqtisadi inkişafına ciddi təsir göstərib. O əlavə edib ki, 2022-ci ildən bu yana Gürcüstan ilə Moldova arasında iqtisadi fərq təxminən 14 milyard dollar artıb.

Baş nazir həmçinin qeyd edib ki, hazırkı vəziyyətdə nə Moldova, nə də Ukraynanın Gürcüstanı iqtisadi və institusional baxımdan üstələməsi barədə danışmaq real deyil.

banner

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment