Ev DünyaRusiyadan Saratov hücumuna sərt reaksiya: “Terror aktıdır”

Rusiyadan Saratov hücumuna sərt reaksiya: “Terror aktıdır”

by Baş Redaktor
58 Baxış

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Saratov şəhərinə gecə saatlarında həyata keçirilən PUA hücumunu “terror aktı” kimi qiymətləndirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Çepanın açıqlaması Saratovda pilotsuz uçuş aparatlarının hücumu nəticəsində bir neçə yaşayış binasına ziyan dəydiyi və 10 nəfərin, o cümlədən üç uşağın yaralandığı barədə məlumatlardan sonra səslənib. Altı nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Rusiyalı deputatın sözlərinə görə, hücumlar ABŞ nümayəndələrinin iştirakı ilə aparılan danışıqların hazırlıq mərhələsi fonunda baş verib. O, Kiyev hakimiyyətinin danışıqlar prosesinə münasibətinin müsbət olmadığını və zərbələrin davam etdirilə biləcəyini iddia edib.

banner

Əlaqəli Yazılar Xüsusi