Ev GündəmZaxarova : “Zelenski bunu uşaqlıqdan sevir”

Zaxarova : “Zelenski bunu uşaqlıqdan sevir”

by Baş Redaktor
36 Baxış

Ukrayna Prezidenti Vladimir Zelenskinin uşaqlıq illəri ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən diqqətçəkən iddia səsləndirilib.

Army.az xəbər verir ki, Zaxarova brifinq zamanı Zelenskinin uşaqlıqda ən çox sevdiyi oyuncağın ətçəkən maşın olduğunu bildirib.

Diplomat bu məlumatı Zelenskinin anasının əvvəlki müsahibələrindən birinə istinadla gündəmə gətirib. Onun sözlərinə görə, Zelenski uşaq bağçasından evə qayıtdıqdan sonra həmin əşya ilə oynayırmış.

Rusiya XİN sözçüsü daha sonra bu iddianı Ukraynadakı müharibə ilə əlaqələndirib. O, Zelenskinin hazırda ölkədə “ətçəkən maşın” yaratdığını deyib.

banner

Zaxarovanın fikrincə, Ukrayna lideri vaxtilə sülh və ölkənin firavan gələcəyi vədinə inandırdığı insanları indi müharibənin içinə sürükləyir və onları ağır itkilərlə üz-üzə qoyur.

Əlaqəli Yazılar Xüsusi