Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Army.az xəbər verir ki, tərəflər görüş zamanı ikitərəfli münasibətlər, regionda baş verən son proseslər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Nazirlər Fələstin məsələsində ortaq mövqelərini bir daha təsdiqləyiblər.
Fidan və Dar, həmçinin regional proseslərlə bağlı koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər. Bu çərçivədə Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanının daxil olduğu R-4 formatında məsləhətləşmələrin davam etdirilməsi nəzərdə tutulur.
