Ev Hərbi XəbərlərQadınların səfərbərliyi gündəmdə? Rusiya kəşfiyyatı məlumat yaydı

Qadınların səfərbərliyi gündəmdə? Rusiya kəşfiyyatı məlumat yaydı

by Baş Redaktor
47 Baxış

Avropa İttifaqı Ukrayna hakimiyyətinə qadınların da hərbi səfərbərliyə cəlb olunması ilə bağlı təzyiq göstərir.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumat yayıb.

Bildirilib ki, Brüssel Kiyevdən bununla bağlı mümkün qədər tez siyasi qərar qəbul etməsini istəyir.

Avropalı rəsmilər Ukrayna üçün nümunə kimi İsraili və qadınların hərbi xidmətə cəlb olunması təcrübəsini göstərirlər.

banner

Rusiya kəşfiyyatının açıqlamasında Avropa ölkələrinin Rusiyanın qarşısının alınması məsələsində insan hüquqları və demokratik dəyərləri nəzərə almadığı da iddia olunur.

Bundan başqa, SVR Avropa Komissiyasının Aİ ölkələrinə Ukraynadan olan qaçqınların ölkəyə qaytarılması üçün hüquqi mexanizmlərin hazırlanması ilə bağlı istiqamət verdiyini bildirib.

Xidmətin məlumatına əsasən, Avropa ölkələrində 5,6 milyona qədər ukraynalı yaşayır və onların 43,4 faizini qadınlar təşkil edir.

Əlaqəli Yazılar Xüsusi