Ev DünyaMoskva Trampın qələbəsini istəyir, Zelenski isə… – Rusiyalı deputat

Moskva Trampın qələbəsini istəyir, Zelenski isə… – Rusiyalı deputat

by Baş Redaktor
51 Baxış

Rusiya ABŞ Prezidenti Donald Trampın noyabrda keçiriləcək Konqres seçkilərində uğur qazanmasını istəyir.

Army.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova deyib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-də Demokratlar Partiyasının seçkilərdə qələbə qazanmasında maraqlıdır. Jurova hesab edir ki, bu halda Vaşinqtonun Kiyevə maliyyə və hərbi dəstəyi yenidən arta bilər.

Rusiya deputatı iddia edib ki, Demokratların üstünlük əldə etməsi Ukraynaya əvvəlki prezident Co Baydenin dövründə olduğu kimi daha böyük həcmdə yardım göstərilməsi ilə nəticələnə bilər.

banner

Jurovanın fikrincə, Zelenski sülh danışıqlarını məhz Konqres seçkilərinə qədər uzatmağa çalışır.

“Görünür, o, Trampa uğur arzulamır”, – Rusiya parlamentari bildirib.

Əlaqəli Yazılar Xüsusi