Ev Hərbi XəbərlərSEPAH: “İranın parçalanmaması möcüzədir”

SEPAH: “İranın parçalanmaması möcüzədir”

by Baş Redaktor
63 Baxış

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Məhəmməd Sacedifər ölkəyə qarşı təzyiqlərlə bağlı açıqlama verib.

Army.az xəbər verir ki, SEPAH rəsmisi düşmənin əsas məqsədlərindən birinin İran xalqının hakimiyyətə və mövcud sistemə inamını zəiflətmək olduğunu bildirib.

“Bizim ancaq bir düşmənimiz var. O, bu xalqın canına qəsd etmək niyyətindədir və onun üçün sağın da, solun da heç bir fərqi yoxdur. Sərt iqtisadi-mədəni təzyiqlərə baxmayaraq İranın parçalanmaması möcüzədir.”

Sacedifərin sözlərinə görə, düşmənin hazırda İranla birbaşa hərbi qarşıdurmaya girməkdən çəkinməsinin əsas səbəbi əvvəlki döyüşlər zamanı aldığı zərbələrdir.

banner

“Əgər düşmən bu gün bizimlə hərbi qarşıdurmaya girməyə hazır deyilsə, bunun səbəbi aldığı ağır zərbələrdir. Düşmən artıq İranla hərbi qarşıdurmanın onun üçün hansı ağır bədəllərə başa gələcəyini anlayıb”, – SEPAH rəsmisi bildirib.

Əlaqəli Yazılar Xüsusi