Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin ABŞ-a kalium gübrələri tədarükündən əldə etdiyi on milyonlarla dolların Amerika bankında ilişib qaldığını bildirib.
Army.az xəbər verir ki, Lukaşenkonun sözlərini “BelTA” agentliyi yayıb.
Belarus liderinin sözlərinə görə, hazırda ölkəsi ABŞ-a gübrə ixracını davam etdirir, lakin tədarüklərin həcmi və ödənişlərlə bağlı müəyyən çətinliklər mövcuddur.
Lukaşenko qeyd edib ki, Belarus böyük həcmdə məhsulu birdəfəyə göndərə bilməsə də, hazırda əlavə bir partiyanı ABŞ-a yollamaq imkanı yaranıb. Onun sözlərinə görə, gəminin yüklənməsi yaxın vaxtlarda başa çatacaq.
Prezident eyni zamanda ABŞ tərəfinə Belarusun bank hesablarında qalan vəsaiti qaytarmaq çağırışı edib:
“Biz bu il üçün onları müqavilələşdirmişik, gələn ili isə nəzərdən keçirərik. İndi gəmini yükləmək imkanı yaranıb (sabah yüklənməni mütləq başa çatdıracağıq) – götürün. Amma borcunuzu qaytarın. Bizim 43-44 milyon dollarımız Citibank-da ilişib qalıb – bizimlə əməkdaşlıq edən şirkət pulu ödəyib. Varlı Amerikanın pulumuz orada ilişib qalıb. Xahiş edirəm, bu vəsaiti bizə qaytarın”.
