Ev Hərbi Xəbərlərİsrail Livanda İranın “Hizbullah”a göndərdiyi silahları ələ keçirdi

İsrail Livanda İranın “Hizbullah”a göndərdiyi silahları ələ keçirdi

by Baş Redaktor
41 Baxış

İsrail Baş naziri Benyamin Netanyahu ölkə ordusunun Livanın Əli ət-Tahir yüksəkliklərində böyük həcmdə silah-sursat aşkarlayaraq ələ keçirdiyini bildirib.

Army.az xəbər verir ki, Netanyahu müsadirə edilən silahlar arasında zenit topları, raketlər, minalar və kompüterlərin olduğunu açıqlayıb.

İsrail hökumətinin başçısı iddia edib ki, sözügedən silah-sursat “Hizbullah” üçün İran tərəfindən Livana göndərilib.

Netanyahu İsrail ordusunun ərazidə aşkarlanan silahları çıxararaq müsadirə etdiyini və onların “Hizbullah”ın istifadəsinə verilməsinin qarşısının alındığını bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi