“Hazırda ABŞ-la bir başa görüşə qərar verə bilmərik, çünki liderimizi öldürüblər”.
Army.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O əlavə edib ki, İrana qarşı törədilənlərin yaratdığı faciə insanların yaddaşından silinməyəcək:
“Bu qədər sadə deyil. Etimad mühiti formalaşmalıdır”.
İran Prezidenti Səudiyyə Ərəbistanı ilə münasibətlərə də toxunaraq bildirib ki, Tehran Ər-Riyadla müharibə aparmır və region ölkələri arasında fikir ayrılığı üçün əsas yoxdur.
