Ev DünyaRusiyadan Ermənistana qaz tədarükü dayandırılır – tarix açıqlandı

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılır – tarix açıqlandı

by Baş Redaktor
35 Baxış

Rusiyanın ərazisindən keçən “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində aparılacaq planlı texniki və profilaktik tədbirlər səbəbindən Ermənistana təbii qaz nəqlinə müvəqqəti fasilə veriləcək.

Army.az xəbər verir ki, bu barədə “Qazprom Armenia” şirkəti məlumat yayıb.

Bildirilib ki, qaz kəmərində kompleks profilaktik və təmir işləri sentyabrın 15-dən 25-dək davam edəcək. Bu müddət ərzində sözügedən marşrut üzrə Ermənistana qaz tədarükü həyata keçirilməyəcək.

Şirkətin açıqlamasına görə, yaranacaq fasilə ölkə daxilindəki ehtiyatlar və İrandan əlavə həcmdə alınacaq təbii qaz hesabına kompensasiya olunacaq. Bununla da respublikadakı istehlakçıların qazla fasiləsiz və etibarlı təminatının qorunacağı qeyd edilib.

banner

Əlaqəli Yazılar Xüsusi