Ev Dünyaİran Hörmüz boğazı ilə bağlı əsas tələbini açıqladı

İran Hörmüz boğazı ilə bağlı əsas tələbini açıqladı

by Baş Redaktor
31 Baxış

İran Hörmüz boğazı üzərində suverenliyinin beynəlxalq səviyyədə tanınmasını regionda uzunmüddətli sabitlik və təhlükəsizliyin əsas şərtlərindən biri hesab edir.

Army.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəhbəri, general-mayor Əli Abdullahi bəyan edib.

“Tasnim” agentliyinin yaydığı açıqlamada Tehranın irəli sürdüyü tələblər sırasında Hörmüz boğazı üzərində İranın suveren hüquqlarının rəsmi şəkildə tanınması xüsusi qeyd olunub.

Bəyanatda regional təhlükəsizliyin təmin edilməsi üçün bir sıra digər tələblər də sadalanıb. Bunlara İrana qarşı tətbiq olunan bütün sanksiyaların aradan qaldırılması, ölkənin dondurulmuş maliyyə aktivlərinin sərbəst buraxılması və hərbi əməliyyatlar nəticəsində İrana vurulmuş zərərin ödənilməsi daxildir.

banner

Əlaqəli Yazılar Xüsusi