Çin Fələstin xalqının beynəlxalq hüquqla tanınan milli hüquqlarının təmin olunması və Fələstin məsələsinin ədalətli şəkildə nizama salınması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Army.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin BMT-də Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə təşkil olunan tədbirin iştirakçılarına göndərdiyi müraciətdə qeyd edib.
Si Cinpin bildirib ki, Pekin Fələstin xalqının öz milli hüquqlarını bərpa etmək istiqamətində apardığı mübarizəyə dəstəyini qoruyub saxlayır. Onun sözlərinə görə, Çin sülh və ədalət prinsiplərini müdafiə edən dövlətlərlə əməkdaşlıq çərçivəsində Fələstin münaqişəsinin kompleks, obyektiv və uzunmüddətli həllinə nail olunması üçün fəaliyyətini davam etdirəcək