Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerlə görüşündə sonuncunun babasının İkinci Dünya müharibəsində nasist Almaniyasına qarşı döyüşlərdə iştirakını təsdiqləyən arxiv sənədlərini təqdim edib.
Army.az xəbər verir ki, bu barədə Cared Kuşner “New York Magazine” jurnalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Putin ABŞ nümayəndələri ilə söhbəti zamanı Kuşnerin babasının Belarusda fəaliyyət göstərən yəhudi partizan dəstəsinin tərkibində döyüşməsi barədə dövlət arxivlərindən əldə olunmuş ətraflı məlumatları göstərib.
Kuşner Rusiya liderinin bu addımını Moskva ilə Vaşinqtonun vaxtilə nasist Almaniyasına qarşı mübarizədə müttəfiq olduqlarına dair “incə bir işarə” kimi qiymətləndirib.
