Macarıstanın Baş naziri Peter Madyarın bu gün Ukraynaya rəsmi səfəri gözlənilir.
Army.az xəbər verir ki, hökumət başçısı səfərlə bağlı məlumatı özü açıqlayıb.
Səfər proqramına əsasən, Madyarın Ukraynanın Zakarpatye vilayətində Prezident Volodimir Zelenski ilə görüşü nəzərdə tutulub.
Bundan əlavə, Macarıstanın Baş naziri bölgədə məskunlaşan macar icmasının nümayəndələri ilə də bir araya gələcək.
Xatırladaq ki, bu səfər 2015-ci ildən sonra Macarıstan hökumət rəhbərinin Ukraynaya ilk səfəri kimi diqqət çəkir.
