Ev Hərbi XəbərlərTrampdan İrana qarşı əməliyyatlardan danışdı : “Yanvarın sonunadək…”

Trampdan İrana qarşı əməliyyatlardan danışdı : “Yanvarın sonunadək…”

by Baş Redaktor
31 Baxış

ABŞ-ın İrana qarşı hərbi əməliyyatları ən azı 2027-ci ilin yanvar ayının sonunadək maliyyə təminatı ilə əhatə olunub.

Army.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “The New York Post” qəzetinə müsahibəsində açıqlayıb.

Ağ Ev rəhbəri Konqresdəki demokratların hərbi qarşıdurmanı dayandırmaqla bağlı mövqeyini tənqid edib:

“Belə bir qərarın verilməsi əldə olunmuş “tam qələbəni” məğlubiyyətə çevirə bilər. Həmçinin yanvar ayında demokratların Konqresdə nəzarəti ələ keçirməsindən sonra ABŞ-ın hərbi əməliyyatlar aparmaq imkanları məhdudlaşa bilər.

banner

Onların siyasi baxımdan belə bir addımı necə ata biləcəklərini anlamıram. Çünki qələbə bizim tərəfimizdədir. İstədiyimiz istənilən vaxt bu müharibəni dayandıra bilərik”.

Hərbi zərbələr üçün nəzərdə tutulan zaman çərçivəsinin daralıb-daralmadığı barədə suala cavab verən Tramp demokratların əməliyyatları dayandırmaq qərarına gələcəyinə şübhə ilə yanaşıb:

“Faktiki olaraq, yanvarın sonunadək kifayət qədər maliyyə vəsaitimiz var”.

Əlaqəli Yazılar Xüsusi