İran danışıqları müxtəlif yollarla uzadır, çünki İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkə rəhbərliyinə təzyiq göstərərək sərt mövqedə qalmağa çalışır.
Army.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bildirilir ki, SEPAH ABŞ Hörmüz boğazı üzərində blokadanı aradan qaldırmayana qədər heç bir danışıqlar aparmaq istəmir.
Qeyd olunur ki, iranlı danışıqlarçılar ali rəhbər Möctəba Xamenei tərəfindən danışıqlara icazə verilməsini gözləyirdilər və bu icazə yalnız bazar ertəsi axşam verilib.
