Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin Moskvaya səfərini sərt şəkildə tənqid edib.
Army.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Ukrayna lideri bildirib ki, Uitkoffun Moskvaya getməsi, lakin Kiyevə səfər etməməsi hörmətsizlikdir.
Bununla yanaşı, Zelenski hələ baş tutmamış Kiyev səfəri ətrafında ajiotaj yaradılmasına qarşı çıxıb. O qeyd edib ki, bu cür görüşlər daha çox Amerika tərəfi üçün əhəmiyyət daşıyır, Ukrayna üçün isə xüsusi zərurət kəsb etmir.
