Ev DünyaMoskva İrəvana xəbərdarlıq etdi – “Ağır təsiri olacaq”

Moskva İrəvana xəbərdarlıq etdi – “Ağır təsiri olacaq”

by Baş Redaktor
39 Baxış

“Ermənistanın Avropa İttifaqına üzvlüyü ölkə iqtisadiyyatına ciddi təsir göstərə bilər”.

Army.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov deyib.

Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, Avropa İttifaqına inteqrasiya Ermənistanın ümumi daxili məhsulunda təxminən 23 faizlik azalmaya səbəb ola bilər:

“Bu proses əmək bazarının daralması (təxminən 10,5%), inflyasiyanın kəskin artması (22,6%) və daxili istehlakın 20 faizdən çox azalması ilə müşayiət oluna bilər.

banner

Enerji daşıyıcılarının, o cümlədən təbii qazın qiymətində artım tendensiyası davam edərsə, bu, ölkədə sosial-iqtisadi vəziyyəti daha da çətinləşdirə bilər.

Ermənistanın Avropa İttifaqı ilə uyğunlaşma prosesi əlavə struktur dəyişiklikləri tələb edəcək. Bu isə Avropa standartlarına uyğunlaşma, texniki qaydalara riayət və Aİ bazar kvotalarına uyğun istehsal kimi öhdəliklər yarada bilər və nəticədə əlavə investisiya ehtiyacı formalaşar”.

Rusiya rəsmisi bildirib ki, Avropa gömrük sisteminə keçid malların sərbəst hərəkət imkanlarını məhdudlaşdıracaq.

Onun proqnozuna görə, bu amil əlavə olaraq ÜDM-in 7,7 faiz azalmasına, daxili istehlakın təxminən 7,48 faiz enməsinə, inflyasiyanın 8,3 faiz artmasına və işsizliyin 4,1 faiz yüksəlməsinə gətirib çıxara bilər.

Əlaqəli Yazılar Xüsusi