Fransa Yunanıstanla həyata keçirilə biləcək mübadilə mexanizmi çərçivəsində Ukraynaya əlavə “Dassault Mirage 2000” qırıcılarının ötürülməsi variantını nəzərdən keçirir.
Army.az xəbər verir ki, planlaşdırılan razılaşmaya əsasən, ehtiyat hissələri ilə birlikdə 24 ədəd “Mirage 2000-5” və istismardan çıxarılmış 19 ədəd “Mirage 2000 EGM/BGM” olmaqla ümumilikdə 43 təyyarənin təhvil verilməsi müzakirə olunur.
Bu sxem çərçivəsində Fransa Yunanıstana eyni sayda “Dassault Rafale” qırıcılarını daha sərfəli şərtlərlə təqdim etməyi planlaşdırır.
Gözlənilir ki, tərəflər arasında aparılacaq danışıqlarda müqavilənin bütün detalları, eləcə də təyyarələrin yekun qiyməti dəqiqləşdiriləcək.
