Ev DünyaPast: ABŞ senatorları Ermənistan seçkilərinə müdaxilə edir?

Past: ABŞ senatorları Ermənistan seçkilərinə müdaxilə edir?

by Baş Redaktor
41 Baxış

Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyəti seçki ərəfəsində müxalifətə qarşı mübarizə çərçivəsində beynəlxalq dəstək axtarır və bu prosesə ABŞ siyasətçilərinin də cəlb olunduğu iddia edilir.

Army.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Bildirilir ki, senatorlar Canne Şahinn və Tom Tillis “Meta” və “Alphabet” şirkətlərinə məktub göndərərək, Ermənistanda 7 iyun parlament seçkiləri öncəsi mümkün dezinformasiyaya qarşı daha çox resurs ayrılmasını istəyiblər.

Senatorlar məktublarında digər ölkələrdə, o cümlədən Moldovada keçirilmiş seçkilərin təcrübəsinə istinad edərək, sosial şəbəkələrdə xarici təsir risklərinə diqqət çəkiblər.

banner

Eyni zamanda, Məlumatlı Vətəndaşlar Birliyi adlı vətəndaş cəmiyyəti təşkilatının “Meta” platformalarında seçkilərlə bağlı manipulyativ məzmun yayan təxminən 100 səhifə aşkar etdiyi bildirilir.

Məqaləyə görə, bu fəaliyyətlərin koordinasiyalı şəkildə həyata keçirildiyi və müəyyən xarici əlaqələrə malik olduğu iddia olunur.

Əlaqəli Yazılar Xüsusi