Ev DünyaTramp İranın təklifinə inanmır: Ağ Evdən cavab hazırlanır

Tramp İranın təklifinə inanmır: Ağ Evdən cavab hazırlanır

by Baş Redaktor
21 Baxış

ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası İranın irəli sürdüyü razılaşma təklifinə skeptik yanaşır.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Mənbələrin sözlərinə görə, sözügedən təşəbbüs Hörmüz boğazı üzərindən daşımaların bərpasını və nüvə proqramı ilə bağlı danışıqların daha sonraya saxlanmasını ehtiva edir.

Bildirilir ki, Tramp İranın mövqeyini səmimi hesab etmir və əsas tələblərin yerinə yetirilməsinə hazır olduğunu düşünmür. Onun üçün prioritet məsələ uranın zənginləşdirilməsinin tam dayandırılması və İranın nüvə silahı hazırlamayacağına dair öhdəlik götürməsidir.

banner

Qeyd olunur ki, Ağ Ev yaxın günlərdə bu təklifə rəsmi münasibətini açıqlayaraq alternativ variantlarını irəli sürə bilər.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment