Ev Hərbi XəbərlərAvstraliya 268 zirehli maşın sifariş edir – Hazırlıqlar başladı

Avstraliya 268 zirehli maşın sifariş edir – Hazırlıqlar başladı

by Baş Redaktor
24 Baxış

Avstraliya hökuməti milli müdafiə qüvvələri üçün 268 ədəd yeni “Bushmaster” zirehli avtomobilinin alınmasına 537,8 milyon dollar vəsait ayırıb.

Army.az xəbər verir ki, bu barədə rəsmi açıqlamada bildirilib.

İstehsal növbəti yeddi il ərzində “Thales Australia” şirkətinin Bendiqo şəhərində yerləşən müəssisəsində həyata keçiriləcək.

Yeni texnikanın ordunun sahilyanı zonalarda fəaliyyətini və amfibiya əməliyyatlarını gücləndirəcəyi qeyd olunur. Həmçinin bu maşınlar quru qoşunlarının dəstəyi üçün atəş idarəetmə sistemlərinə inteqrasiya ediləcək.

banner

Proqram Avstraliyanın əvvəllər Ukraynaya təqdim etdiyi zirehli texnikanın əvəzlənməsini də əhatə edir. Bundan əlavə, LAND 8113 layihəsi çərçivəsində daha 59 “Bushmaster” avtomobilinin alınması planlaşdırılır.

Eyni zamanda, “Thales Australia” şirkəti pilotsuz uçuş aparatlarına qarşı sistemlərlə təchiz edilmiş yeni versiyanı sınaqdan keçirir. ABŞ-ın “Dedrone” şirkətinin radioelektron mübarizə texnologiyası bu texnikaya inteqrasiya olunaraq dron hücumlarına qarşı müdafiəni gücləndirmək məqsədi daşıyır. Bu yanaşma Rusiya–Ukrayna müharibəsinin təcrübəsinə əsaslanır.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment