İran İslam Respublikası tərəfindən dəstəklənən hakerlər son aylarda yüzlərlə ABŞ hərbçisini və digər hökumət rəsmilərini kiberhücumlarda hədəfə alıb.
Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Eyni zamanda İran mediası “Hanzala” adlı haker qrupunun 2379 ABŞ hərbçisi haqqında məlumatları dərc etdiyini bildirib.
Qəzet ABŞ rəsmisinə istinadən yazır ki, Pentaqon bu iddialarla bağlı araşdırma aparır.
Rəsminin sözlərinə görə, ilkin nəticələr dərc olunan siyahıda yer alan adların ən azı bir qisminin real ABŞ hərbçilərinə aid olduğunu göstərir. Həmin mənbə əlavə edib ki, istintaqçılar Hanzala qrupunun ABŞ silahlı qüvvələrinin digər bölmələrinin üzvlərini də hədəfə aldığını düşünürlər. Bildirilir ki, qrupun fəaliyyəti dekabr ayında FTB üzvlərinə qarşı həyata keçirilən kiberhücumlarla başlayıb.
