Ağ Ev daxilində Ukrayna məsələsinin demək olar ki, gündəmdən düşüb.
Army.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
ABŞ rəsmiləri Ukrayna ilə bağlı danışıqların sonuncu dəfə nə vaxt müzakirə edildiyini xatırlamaqda çətinlik çəkirlər. Bildirilir ki, hazırda ABŞ danışıqlar qrupları əsas diqqəti İrana yönəldib.
Mənbələrin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın NATO tərəfdaşları ilə Ukrayna üzrə əməkdaşlığa marağı azalıb. Buna səbəb kimi Avropa müttəfiqlərinin İrana qarşı zərbələrə qoşulmaması göstərilir.
