Ev DünyaPolşa baş naziri: Ermənistan doğru istiqaməti seçdi

Polşa baş naziri: Ermənistan doğru istiqaməti seçdi

by Baş Redaktor
38 Baxış

Polşanın Baş naziri Donald Tusk Ermənistanın baş naziri Nikol Paşinyanı parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyasının qələbəsi münasibətilə təbrik edib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Nikol Paşinyan qalib gəldi. Ermənistan kursun davamlılığını seçdi və özünün Avropa yönümlü siyasətini təsdiqlədi”, — deyə Tusk sosial şəbəkə X-də yazıb.

Polşa baş nazirinin sözlərinə görə, səsvermənin nəticələri regionun gələcəyinin formalaşmağa davam etdiyini göstərən mühüm siqnaldır.

banner

“Bu, regionun gələcəyinin hələ də yazılmağa davam etdiyini göstərən vacib bir siqnaldır”, — o əlavə edib.

Əlaqəli Yazılar Xüsusi