Ev Hərbi Texnologiyaİsveçrə ordusunda modernizasiya: M109-lar yenilənir

İsveçrə ordusunda modernizasiya: M109-lar yenilənir

by Baş Redaktor
39 Baxış

İsveçrənin silah tədarükü üzrə səlahiyyətli qurumu Armasuisse Alman-Fransa müdafiə şirkəti KNDS ilə RCH 155 artilleriya sistemi əsasında hazırlanmış 32 ədəd “Artillery Gun Module” (AGM) təkərli özüyeriyən haubitsanın alınmasına dair müqavilə imzalayıb.

Army.az xəbər verir ki, bu barədə KNDS şirkəti məlumat yayıb.

Məlumata görə, sistem 2024-cü ilin noyabrında keçirilən qiymətləndirmə mərhələsində İsveçin “Archer” mobil haubitsa sistemini geridə qoyaraq İsveçrə ordusunun 1960-cı illərdən istifadə etdiyi M109 haubitsalarının əvəzlənməsi üçün seçilib.

İsveçrə Silahlı Qüvvələrinə ilk tədarüklərin 2031-ci ildən başlanması planlaşdırılır. Müqavilə çərçivəsində 32 sursat konteyneri, təlim avadanlıqları və geniş logistika dəstəyi də təmin olunacaq.

banner

Əlaqəli Yazılar Xüsusi