İranın sabiq ali lideri Əli Xamenei ilə bağlı xatirə tədbiri çərçivəsində İranda diqqətçəkən açıqlama səsləndirilib.
Army.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Tədbirdə İranın ali lideri Müctəba Xamenei ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.
Onun qayınanası kürəkəninin ingilis dilini bilmədiyi barədə iddiaları təkzib edərək bildirib ki, Müctəba Xamenei evlilikdən əvvəl TOEFL imtahanından keçib və dili yaxşı səviyyədə mənimsəyib.
Qayınana əlavə edib ki, o, ailə daxilində xarici dillərin öyrənilməsinə müsbət yanaşır və nəvələrə də dil öyrənməyi tövsiyə edir.
