Seçkilərdən sonra Ermənistan hökumətinin ilk iclası keçirilib.
Army.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan iclasda hökumət üzvlərini seçkilərdə əldə olunan nəticələr münasibətilə təbrik edib.
O bildirib ki, əsas vəzifə “yeni keyfiyyətli dövlət” qurmaq missiyasının davam etdirilməsi və dövlətin inkişafının təmin olunmasıdır:
“Dövlət insanın təhlükəsizliyini, rifahını və azadlığını təmin edən vasitə kimi fəaliyyət göstərməlidir. Yaxın dövrdə hökumət daxilində və gələcək kabinet üzvləri ilə qeyri-rəsmi müzakirələr aparılacaq və prioritetlər yenidən müəyyənləşdiriləcək. Bəzi sahələrdə fəaliyyətin gücləndirilməsi, bəzi istiqamətlərdən isə imtinanın mümkünlüyü də nəzərdən keçiriləcək. Ölkə yeni siyasi mərhələyə qədəm qoyur”.
