Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mümkün qərarlara münasibət bildirib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
O qeyd edib ki, əgər təşkilat üzv ölkələri Ermənistanın çıxarılması barədə qərar qəbul edərsə, İrəvan bunu yalnız nəzərə almaq məcburiyyətində qalacaq.
Baş nazir əlavə edib ki, “başqa seçim yoxdur” və vəziyyətə uyğun davranılacaq.
Paşinyan həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı suala cavabında bu mövzuda əlavə yeni açıqlamasının olmadığını bildirib.
