ABŞ Prezidenti Donald Tramp və onun yaxın çevrəsi Konqresdə Trampın ilk prezidentlik dövründə üzləşdiyi iki impiçment prosesinin simvolik şəkildə ləğv edilməsini nəzərdə tutan qətnaməyə dəstək toplamağa çalışır.
Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, Tramp ABŞ tarixində barəsində iki dəfə impiçment proseduru başladılan ilk prezidentdir. Həmin proseslər onun ilk prezidentlik müddətində – 2019 və 2021-ci illərdə həyata keçirilib.
Hər iki halda ABŞ Nümayəndələr Palatası impiçment maddələrini təsdiqləyib. Lakin son qərarı verməli olan Senat ittihamları dəstəkləməyərək Trampın vəzifədən kənarlaşdırılması təşəbbüsünü rədd edib.
