Ev Hərbi TexnologiyaABŞ-dən hərbi inqilab: pilotlu və pilotsuz uçuşlar birləşir

ABŞ-dən hərbi inqilab: pilotlu və pilotsuz uçuşlar birləşir

by Baş Redaktor
23 Baxış

ABŞ-ın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən“Autonodyne” F-35 qırıcı təyyarəsindən pilotsuz uçuş aparatlarının idarə olunmasına imkan verən yeni inteqrasiya sistemini uğurla nümayiş etdirib.

Army.az xəbər verir ki, şirkətin məlumatına görə, sınaqlar Edvards Hərbi Hava Qüvvələri bazasında keçirilib.

Testlər zamanı “Bashi” adlı planşet interfeysi vasitəsilə yerdə yerləşən F-35 simulyatorundan MQ-20 “Avenger” Piilotsuz Uçuş Aparatına (PUA) taktiki komandalar ötürülüb.

Sınaqlar nəticəsində “insan–maşın komandalaşması” (HMT) konsepsiyasının əməliyyat baxımından effektiv olduğu təsdiqlənib.

banner

Mütəxəssislərin fikrincə, bu texnologiya gələcəkdə pilotlu qırıcılarla pilotsuz sistemlərin vahid döyüş şəbəkəsində koordinasiyasını daha da gücləndirə bilər.

Əlaqəli Yazılar Xüsusi