Rusiya Müdafiə Nazirliyi Donetsk istiqamətində daha bir yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.
Army.az xəbər verir ki, “Mərkəz” qoşun qruplaşmasının bölmələri son sutka ərzində həyata keçirilən əməliyyatlar nəticəsində Donetsk Xalq Respublikasında yerləşən Priyut yaşayış məntəqəsini ələ keçirib.
Nazirlik həmçinin bildirib ki, həmin istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə zərbələr endirilib.
Rusiya tərəfinin iddiasına əsasən, son bir həftə ərzində “Mərkəz” qruplaşmasının məsuliyyət zonasında Ukrayna ordusu 2 135-dən çox hərbçi və üç tank itirib.
Bundan əlavə, “Cənub” qoşun qruplaşmasının fəaliyyət zonasındakı döyüşlər zamanı Ukrayna qüvvələrinin həftəlik itkilərinin 1 035 hərbçini keçdiyi qeyd olunub.
