Ev Hərbi XəbərlərHindistanın hərbi təyyarəsi eniş zamanı qəzaya uğradı

Hindistanın hərbi təyyarəsi eniş zamanı qəzaya uğradı

by Baş Redaktor
27 Baxış

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “An-32” hərbi-nəqliyyat təyyarəsi Corhat aviabazasına eniş zamanı qəzaya uğrayıb.

Army.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri Hindistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, hadisə təyyarənin eniş mərhələsində baş verib.

Hazırda qəza nəticəsində dəyən ziyanın həcmi və insidentin səbəbləri araşdırılır.

banner

Rəsmi qurumlar hadisə ilə bağlı əlavə məlumatların daha sonra açıqlanacağını bildiriblər.

Əlaqəli Yazılar Xüsusi