Ev Hərbi Xəbərlərİsrail ordusundan “Hizbullah”a yeni zərbə: Güclü atəş açıldı

İsrail ordusundan “Hizbullah”a yeni zərbə: Güclü atəş açıldı

by Baş Redaktor
26 Baxış

İsrail ordusu Beyrutun Dahiyə bölgəsində “Hizbullah”a aid olduğu bildirilən obyektə hava zərbəsi endirdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Ordunun yaydığı bəyanata görə, hədəf alınan məkan “Hizbullah” tərəfindən İsrail vətəndaşlarına və ölkənin hərbçilərinə qarşı əməliyyatların planlaşdırılması və koordinasiyası üçün istifadə olunurdu.

İsrail tərəfi bildirib ki, hücum “Hizbullah”ın İsrail ərazisinə raket və ya digər mərmilər atmasından sonra həyata keçirilib.

banner

Bəyanatda həmçinin vurğulanıb ki, İsrail ordusu ölkəyə qarşı yönəlmiş təhlükələri aradan qaldırmaq məqsədilə əməliyyatlarını davam etdirəcək.

Əlaqəli Yazılar Xüsusi