Rusiyanın Kirov şəhərində raket hücumundan sonra hava hücumundan müdafiə sistemləri üçün raketlər istehsal edən zavodda yanğın baş verib.
Army.az xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.
Məlumata görə, Ukrayna sərhədindən 1 000 kilometrdən çox məsafədə yerləşən Kirov şəhərində səhər saatlarında partlayış səsləri eşidilib və yanğın baş verib.
Daha sonra hücumun hədəfinin hərbi sənaye müəssisəsi olan “Vyatsk” maşınqayırma zavodu (AVİTEK) olduğu bildirilib.
Müəssisədə hərbi, ikili təyinatlı və mülki məhsullar, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün raketlər, aviasiya komponentləri və digər məhsullar istehsal olunur. Zavodun tam istehsal gücü ilə fəaliyyət göstərdiyi qeyd edilir.
