Ev DünyaErmənistan müxalifəti ayağa qalxdı: “Dövlətçiliyi itirmək təhlükəsi var”

Ermənistan müxalifəti ayağa qalxdı: “Dövlətçiliyi itirmək təhlükəsi var”

by Baş Redaktor
24 Baxış

Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyana qarşı siyasi təqiblər həyata keçirildiyini iddia edib.

Army.az xəbər verir ki, bu barədə Şarmazanov Tsarukyanın dindirildiyi Ermənistan Dövlət Gəlirləri Komitəsinin binası qarşısında jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, müxalif qüvvələr Qaqik Tsarukyanla bağlı vəziyyətə dair birgə bəyanat qəbul edib və Ermənistan Respublikaçılar Partiyası da həmin sənədə qoşulub.

Şarmazanov Ermənistanın hazırda son dərəcə ağır vəziyyətdə olduğunu və dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdiyini bildirib.

banner

“Ermənistan hakimiyyəti Azərbaycanın tələblərini yerinə yetirir və bu tələblər getdikcə artır. Son tələblər yeni Konstitusiya və anklavlarla bağlıdır. Nəticədə Ermənistan deyil, faktiki olaraq Türkiyənin bir vilayəti qalacaq”, – deyə o bildirib.

Əlaqəli Yazılar Xüsusi