Ev DünyaTramp İrana yeni hücumlara “STOP” qoydu – “Axios”

Tramp İrana yeni hücumlara “STOP” qoydu – “Axios”

by Baş Redaktor
29 Baxış

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni zərbələrin dayandırılması barədə göstəriş verib.

Army.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hələlik bunun yalnız bir günlük fasilə, yoxsa hərbi əməliyyatların daha uzun müddətə dayandırılmasının başlanğıcı olduğu aydın deyil. Bununla belə, ABŞ hərbçiləri genişmiqyaslı döyüş əməliyyatlarının yenidən başlaması ehtimalına qarşı planlar hazırlamaqda davam edirlər. Tramp isə hələlik yeni zərbələrə razılıq verməyib.

Məlumata görə, bu fasilə Oman tərəfindən Tehranda Hörmüz boğazından gəmiçilik fəaliyyətinin bərpası ilə bağlı aparılan danışıqlara təsadüf edib.

banner

Nəşr qeyd edir ki, yekun qərarın qəbul edilməsi üçün ABŞ prezidentinin razılığı tələb olunacaq.

Əlaqəli Yazılar Xüsusi