Ev Hərbi XəbərlərABŞ İranın nüvə obyektlərinə yeni əməliyyat planı hazırlayır – NYT

ABŞ İranın nüvə obyektlərinə yeni əməliyyat planı hazırlayır – NYT

by Baş Redaktor
31 Baxış

ABŞ İranın nüvə obyektlərində saxlanılan zənginləşdirilmiş uranın ələ keçirilməsi ilə bağlı mümkün hərbi əməliyyatı nəzərdən keçirir.

Army.az xəbər verir ki, ki, bu barədə “New York Post” məlumat verib.

Bildirilib ki, belə bir əməliyyat üçün minlərlə hərbçinin iştirakı tələb oluna bilər. Onlar minalanmış və tələrlə qorunan nüvə obyektlərinə daxil olmalıdır. Əməliyyata mühəndis-tikinti briqadaları və böyük sayda mühafizə qüvvələrinin cəlb ediləcəyi bildirilir. Zənginləşdirilmiş uranın birbaşa ələ keçirilməsinə isə xüsusi təyinatlılardan ibarət kiçik qrupun cavabdeh olacağı qeyd edilir.

ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Cozef Rocers bu əməliyyatın hərb tarixinin ən mürəkkəb, hətta ən çətin əməliyyatlarından biri ola biləcəyini deyib.

banner

Onun sözlərinə görə, ilk mərhələdə hərbçilər bütün nüvə obyektlərinin ətrafında etibarlı təhlükəsizlik perimetri yaratmalı, daha sonra isə ələ keçirilən materialın ərazidən təhlükəsiz şəkildə çıxarılması üçün marşrut təmin etməlidirlər.

Bununla yanaşı, ABŞ qüvvələri zərbələrdən sonra dağılan yeraltı komplekslərin girişlərini təmizləməli və mümkün İran hərbi hücumlarının qarşısını almalı olacaq.

Əlaqəli Yazılar Xüsusi